Modern.az

Cəlilabadda 21 yaşlı gənc hovuzda BOĞULDU

Cəlilabadda 21 yaşlı gənc hovuzda BOĞULDU

Hadisə

23 İyul 2026, 14:32

Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub.

Modern.az xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən meyvə bağında baş verib. Rayon sakini olan 2005-ci il təvəllüdlü Kənan Mahmudlu sərinləmək məqsədilə suvarma hovuzuna girib və suda batıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən aparılan axtarışlar zamanı 21 yaşlı oğlanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...