Modern.az

Xankəndidə kafe yanıb, işçilər xəsarət alıb

Xankəndidə kafe yanıb, işçilər xəsarət alıb

Hadisə

23 İyul 2026, 21:55

Xankəndidəki obyektlərdən birində baş verən yanğın zamanı 2 nəfər xəsarət alıb.

Modern.az-ın xəbərinə görə, yanğın hadisəsi Xankəndi şəhərində fəaliyyət göstərən kafedə baş verib.

Yanğın zamanı kafenin işçiləri Zibeydə Bulud qızı Əsədova və Fidan Sücaət qızı Cəfərova yanıq xəsarətləri alıb.

Adı çəkilən şəxslər xilas edilərək xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

(Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...