Modern.az

Bakıda bina yandı, sakinlər təxliyə olundu

Bakıda bina yandı, sakinlər təxliyə olundu

Hadisə

23 İyul 2026, 23:38

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın şaxtası boyunca 51 p.m. elektrik kabelləri yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Xəsarət alan olmayıb.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi