Modern.az

Arazda batan gəncin meyiti tapıldı

Arazda batan gəncin meyiti tapıldı

Hadisə

9 Avqust 2026, 18:46

İmişli rayonunda Araz çayında batan Elgün Həsənovun meyiti tapılıb.

Modern.az "Report"a istinadla xəbər verir ki, onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə bu gün çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 29 yaşlı E. Həsənov çayda çimərkən boğulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...