Modern.az

İcra başçısının sürücüsü qəzada öldü

İcra başçısının sürücüsü qəzada öldü

Hadisə

10 Avqust 2026, 09:00

Zaqatalada ağır yol qəzası baş verib.

Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Opel” və “VAZ 2199” markalı avtomobillər toqquşub. Nəticədə, “VAZ”ın sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb.

Əldə edilən məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...