Modern.az

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Hadisə

Bu gün, 10:14

Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb.

Modern.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Katex kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai", "Kia" və "Toyota" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, xəsarət alanlar var.

İlkin məlumata görə, hadisə zamanı "Hyundai" markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Hoorsova Məryəm Kamil qızı, "Toyota" markalı avtomobilin sərnişini Mütəllibov Rəşad Yaşar oğlu hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Ukrayna Tatarıstanı bombaladı