Modern.az

Sürücü sükan arxasında ürək tutmasından öldü

Sürücü sükan arxasında ürək tutmasından öldü

Hadisə

10 Avqust 2026, 11:30

Sumqayıt şəhərində 61 yaşlı kişi sükan arxasında ölüb.

Modern.az-ın məlumatına görə, hadisə şəhərin "Qurd dərəsi bağları" yaşayış massivində baş verib.

Şəhər sakini 1965-ci il təvəllüdlü Çingiz Həmdulla oğlu Bayramov idarə etdiyi BYD markalı avtomobildə ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...