Modern.az

Xəzərdə yenə bir nəfər batdı

Xəzərdə yenə bir nəfər batdı

Hadisə

11 Avqust 2026, 09:03

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində dənizdə bir nəfərin meyiti aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatda meyitin ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, nəzarətsiz ərazidə aşkarlandığı bildirilib.

Hadisə ilə əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur Sadiq oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...