Modern.az

Əkin sahəsini yandıran şəxs məsuliyyətə cəlb olundu

Əkin sahəsini yandıran şəxs məsuliyyətə cəlb olundu

Hadisə

11 Avqust 2026, 11:32

Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini A.Xəlilov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 70 sot əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...