Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb.
Modern.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.
Bir neçə gündür ailə üzvləri tərəfindən axtarılan - 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyiti Lənkəranda "İbadi" deyilən meşəlik ərazidə aşkarlanıb.
Hazırda ölüm səbəbləri araşdırılır.
Meyiti tapılan şəxslərin qohum olduqları bildirilir. (APA)