Modern.az

Yasamalda oğurluq edənlər saxlanılıblar

Yasamalda oğurluq edənlər saxlanılıblar

Hadisə

12 Avqust 2026, 18:29

Paytaxtın Yasamal rayonunda 2 velosiped, 3 ədəd mobil telefon və noutbukun oğurlanması ilə bağlı polisə müraciətlər daxil olub.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məkhum olunmuş 32 yaşlı N. Ağamuradov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı əşyaları satdığı müəyyən edilib.

Bundan başqa, Yasamal rayonunda 2 mağazadan ümumilikdə 3700 manat nağd vəsaiti oğurlamaqda şübhəli bilinən Ü. Şərifov və T. Salmanov da müəyyən edilərək saxlanılıblar.

Faktlar üzrə araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab