Modern.az

Astarada əncir dərən 60 yaşlı kişi öldü 

Astarada əncir dərən 60 yaşlı kişi öldü 

Hadisə

Bu gün, 20:29

Astara rayonunda kişi ağacdan yıxılaraq ölüb.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Siyəkü kəndində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir dərmək üçün ağaca çıxıb. Ehtiyatsızlıq nəticəsində ağacdan yıxılan F.Fətəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama