Modern.az

Azərbaycana ətir daşıyan TIR aşdı, sürücü yaralandı 

Azərbaycana ətir daşıyan TIR aşdı, sürücü yaralandı 

Hadisə

Bu gün, 10:39

Türkiyədə azərbaycanlı sürücü qəzaya düşüb

Modern.az-ın Türkiyə mediayasına istinadən verdiyi xəbərə görə, hadisə Ankara istiqamətində, Gölyaka ərazisində qeydə alınıb. Azərbaycan vətəndaşı Anar Y.-nin (şərti) idarə etdiyi yük avtomobili (TIR) idarəetmədən çıxaraq qəzaya uğrayıb.

İlkin məlumata əsasən, Azərbaycana ətir aparan sürücü sükan idarəetməsini itirib, nəticədə yük maşını ayırıcı zolağa çırpılaraq aşıb.

Hadisə zamanı sürücü Anar Y. yüngül xəsarət alıb. Əraziyə cəlb edilən təcili tibbi yardım əməkdaşları ona yerindəcə ilkin tibbi yardım göstəriblər.

Qəza səbəbindən magistral yolun hər iki istiqamətində bir zolaq üzrə hərəkət müvəqqəti məhdudlaşdırılıb. Yük maşını kran vasitəsilə ərazidən götürüldükdən sonra nəqliyyatın normal hərəkəti bərpa olunub.

 

1552532

1552534

1552535

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var