Modern.az

Həyat yoldaşını döyən tanınmış rəqqasa cinayət işi açıldı - məhkəməyə verildi

Həyat yoldaşını döyən tanınmış rəqqasa cinayət işi açıldı - məhkəməyə verildi

Hadisə

Bu gün, 12:00

Tanınmış rəqqas və rəqs müəllimi Nicat Azadlının həyat yoldaşına qarşı zorakı davranışı hüquq-mühafizə orqanlarında araşdırılır.

Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Lumu İsrəfilli Modern.az-a bildirib ki, sözügedən hadisə cari ilin yanvar ayının 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb. Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər