Modern.az

Dünya çempionatında pley-offa yekun vurulur

Dünya çempionatında pley-offa yekun vurulur

İdman

6 Dekabr 2022, 08:47

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının pley-off mərhələsinə bu gün yekun vurulacaq.

 

Modern.az xəbər verir ki, günün ilk matçında Mərakeş millisi İspaniya ilə üz-üzə gələcək. Argentinadan olan FIFA referisi Fernando Rapallini idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Günün sonuncu qarşılaşmasında Portuqaliya seçməsi İsveçrə millisi ilə qarşılaşacaq. Oyunun baş hakimi meksikalı Sesar Arturo Ramos olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Bu cütlərin qalibi dörddəbir finalda bir-birinə rəqib olacaq.

 

Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin üç cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa, Xorvatiya seçməsi isə Braziliya ilə qarşılaşacaq.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...