Modern.az

DÇ-2022-nin final matçı polşalı hakimə tapşırıldı

DÇ-2022-nin final matçı polşalı hakimə tapşırıldı

İdman

16 Dekabr 2022, 08:00

Qətərdə təşkil olunan dünya çempionatının finalında keçiriləcək Argentina - Fransa matçına hakim təyinatları açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, həlledici oyun polşalı FIFA referisi Şimon Marçinyaka həvalə olunub.

 

Ona həmyerliləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.

 

Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina - Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!