Modern.az

Mərakeş Fransa ilə oyundakı hakimdən FİFA-ya şikayət etdi

Mərakeş Fransa ilə oyundakı hakimdən FİFA-ya şikayət etdi

İdman

16 Dekabr 2022, 08:07

Mərakeş Kral Futbol Federasiyası Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinin Fransa ilə oyundakı hakim heyəti ilə bağlı Beynəlxalq Futbol Federasiyasına (FİFA) şikayət edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mərakeş Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Məlumat üçün bildirək ki, Fransa dünya çempionatının yarımfinalında Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edib. Görüşün baş hakimi meksikalı Arturo Ramos Palazuelos olub. Mərakeş Federasiyası rəhbərliyinin sözlərinə görə, hakim Afrika yığmasının xeyrinə iki penaltini təyin etməyib. Qurum video köməkçi hakim (VAR) sisteminin bu anlara reaksiya verməməsindən təəccübləndiyini dilə gətirib.

 

Qeyd edək ki, Mərakeş millisi dekabrın 17-də Xorvatiya yığması ilə üçüncü yer uğrunda oyuna çıxacaq. Fransızlar ertəsi gün dünya çempionatının finalında Argentina ilə qarşılaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV