Modern.az

Mahirin “Dinamo”su ən yaxşı komanda seçildi

Mahirin “Dinamo”su ən yaxşı komanda seçildi

İdman

16 Dekabr 2022, 15:08

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” Zaqrebdə ilin ən yaxşı kişi komandası seçilib.

 

Modern.az xəbər verir ki, Zaqreb Şəhər İdman Assosiasiya komandanı mükafatlandırıb.

 

Mərasimdə Emreli və komandanın düşərgəsində olan digər futbolçular iştirak ediblər.

 

Klubun uğurları kimi futbol üzrə Xorvatiya çempionluğu, ölkə Superkubokunun qazanılması, 2021-2022-ci il mövsümündə Avropa Liqasının pley-off mərhələsində və 2022-2023-cü il mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etmək göstərilib.

 

Qeyd edək ki, “Dinamo” hazırda Xorvatiya çempionatında 41 xalla turnir cədvəlinin lideridir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV