Modern.az

Dünya çempionatının ən yaxşı qapıçısı odur

Dünya çempionatının ən yaxşı qapıçısı odur

İdman

18 Dekabr 2022, 10:21

Xorvatiyalı qapıçı Dominik Livakoviç Qətərdə keçirilən dünya çempionatında rekorda imza atıb.

 

Modern.az xəbər verir ki, 27 yaşlı qapıçı reytinq cədvəlində birinci yerdədir.

 

Livakoviçin hesabına mundialın yeddi görüşündə 25 zərbə əks olunub. Bu göstəriciyə görə o, uzun müddətdir liderlik edən Voyçex Şesnini iki dəfə üstələyib.

 

Polşa millisinin qapıçısı turnirdə cəmi dörd oyun keçirib. Andris Noppert 5 matçda 18 seyvlə üçüncüdür.

 

Qeyd edək ki, dünya çempionatının finalında bu gün Fransa və Argentina komandaları qarşılaşacaq. Bu komandaların qapıçıları - Hüqo Lloris və Emiliano Martinez, çox güman ki, reytinqin zirvəsindəki vəziyyəti dəyişməyəcəklər, çünki onların seyvlərinin sayı müvafiq olaraq 10 və 5-dir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV