Modern.az

Komandalar dünya çempionatında nə qədər qazandı?

Komandalar dünya çempionatında nə qədər qazandı?

İdman

20 Dekabr 2022, 10:04

FİFA Qətərdə keçirilən dünya çempionatında iştirak edən 32 yığmaya ümumilikdə 440 milyon ABŞ dolları verib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, 4 il öncə baş tutan dünya çempionatı ilə müqayisədə 40 milyon dollar çoxdur.

 

Argentina yığması kuboku qazanmaqla 42 milyon dollar qazanıb.

 

Argentinanın finalda məğlub etdiyi Fransa isə 38 milyona sahib olub. Mundialın bürünc medalına sahib olan xorvatlar 28, dördüncü yeri tutan Mərakeş millisi isə büdcəsini 25 milyon artırıb.

 

Çempionatda ən az pulu isə ev sahibi Qətər qazanıb - 9 milyon dollar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!