Modern.az

Üçqat Olimpiya çempionu yarışlardan kənarlaşdırıldı

Üçqat Olimpiya çempionu yarışlardan kənarlaşdırıldı

İdman

23 Dekabr 2022, 08:43

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) üçqat Olimpiya çempionu, çinli ağırlıqqaldıran Lyu Syaotszyunu antidopinq qaydalarını pozduğuna görə müvəqqəti olaraq yarışdan kənarlaşdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Lyu Syaotszyun oktyabr ayında dopinq testindən keçdiyi bildirilib. Testlərin nəticələrinə görə, idmançıda Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş dərman vasitələri siyahısına daxil edilən nümunədə eritropoietin (EPO) aşkar edilib. ITA tərəfindən idmançıya pozuntu barədə məlumat verilib və yarışdan kənarlaşdırılıb.

 

Xatırladaq ki, 38 yaşlı Lyu Syaotszyun 2012, 2016 və 2021-ci illərdə Olimpiya çempionu adını qazanıb. O, həmçinin beşqat dünya çempionudur.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV