Modern.az

Dünya çempionatının ən yaxşı qolu - FOTOLAR

Dünya çempionatının ən yaxşı qolu - FOTOLAR

İdman

23 Dekabr 2022, 17:33

Qətərdə keçirilən dünya çempionatının ən yaxşı qolu müəyyənləşib.

 

Modern.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Braziliya millisinin hücumçusu Rişarlisonun qrup mərhələsinin ilk turunda Serbiya yığmasına vurduğu ikinci qol layiq görülüb.

 

25 yaşlı forvard 73-cü dəqiqədə qayçı zərbəsi ilə topu rəqibin qapısından keçirib.

 

Qeyd edək ki, Rişarlison səsvermədə həmyerlisi Neymarı, Səudiyyə Ərəbistanı millisindən Salem Əl-Davsarini, Niderlanddan Kodi Qakponu, Argentinadan Entso Fernandesi, Kamerundan Vensan Abubakarı, Meksikadan Luis Çavesi, Fransadan Kilian Mbappeni və Cənubi Koreyadan Pek Sın Xonu geridə qoyub.

 

 

Sizə yeni x var
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib