Modern.az

Məmmədyarov beynəlxalq turnirdə iştirak edəcək

Məmmədyarov beynəlxalq turnirdə iştirak edəcək

İdman

27 Mart 2023, 13:08

Martın 27-də Özbəkistanda rapid üzrə beynəlxalq turnirə start veriləcək.

 

Azərbaycan Şahmat Federasiyasından Modern.az-a bildiriblər ki, yarışda Nodirbek Abdusattarov, Aleksandr Qrişuk, Rüstəm Kasımjanov kimi tanınmış şahmatçılar iştirak edəcəklər. Turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək.

 

Özbəkistandakı yarışın baş hakimi Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov olacaq.

 

Qeyd edək ki, üç gün davam edəcək turnirin mükafat fondu 50 min ABŞ dollarıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir