Modern.az

Türkiyə klubu millimizin futbolçusunu transfer etdi

Türkiyə klubu millimizin futbolçusunu transfer etdi

İdman

24 İyun 2023, 22:27

"Ümraniyespor” “Səbail”in futbolçusu Coşqun Diniyevin transferini açıqlayıb.

 

Modern.az klubun saytına istinadən xəbər verir ki, millimizin üzvü tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacağı bildirilib.

 

Qeyd edək ki, “Səbail” iyunun 21-i C.Diniyevi transfer etmişdi. Onun müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə “dənizçilər”dən hər hansı şərt olmadan ayrıla biləcəyi barədə müvafiq bənd yer almışdı.

 

Xatırladaq ki, “Ümraniyespor” ötən mövsüm Türkiyə Superliqasını tərk edib. Komanda yeni mövsüm 1-ci liqada oynayacaq.

 

Qeyd edək ki, Coşqun Diniyevin atası Şahin Diniyev “Səbail”in baş məşqçisi, qardaşı Kərim Diniyev isə köməkçi-məşqçisidir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!