Modern.az

Taekvondoçularımız Avropa Oyunlarında yeddinci oldular

Taekvondoçularımız Avropa Oyunlarında yeddinci oldular

İdman

27 İyun 2023, 12:53

Taekvondo üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarında yeddinci olub.

 

Modern.az xəbər verir ki, yığmamız Polşada iki medal qazanıb. Səyyad Dadaşov (54 kq) gümüş medala yiyələnib. Qaşım Maqomedov (58 kq) isə bürünc mükafata sahib çıxıb.

 

Oyunların ilk üçlüyündə İspaniya, Xorvatiya və Böyük Britaniya yer alıblar.

 

Ümumilikdə kişi taekvondoçuların yarışlarında 17 ölkə təmsilçisi medala sahib çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV