Modern.az

Azərbaycanlı futbolçu İrəvanda - FOTO

Azərbaycanlı futbolçu İrəvanda - FOTO

İdman

13 İyul 2023, 10:56

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Ermənistanın paytaxtı İrəvana gedib.

 

Modern.az xəbər verir ki, İrəvan Futbol Akademiyasının stadionunda məşq edən futbolçu orada lentə alınan fotolarını sosial şəbəkə hesabında paylaşıb.

 

Qeyd edək ki, 27 yaşlı Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya" klubunda çıxış edir. Albaniya təmsilçisi Konfrans Liqasında Ermənistanın "Ararat-Armenia" klubu ilə oynayacaq. Azərbaycanlı futbolçunun İrəvana səfəri məhz bu oyunla bağlıdır. 

 

Onun fotosu sosial şəbəkədə maraqla qarşılanıb. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV