Modern.az

"Qarabağ"-"Molde oyunu üçün satılmış biletlərin sayı

İdman

20 Sentyabr 2023, 10:13

Bakıda "Qarabağ" və Norveçin "Molde" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.

 

Bu barədə Modern.az Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

 

Onun sözlərinə görə, bu vaxtadək 19 min bilet alınıb.

 

Bundan əlavə, klub rəsmisi rəqib azarkeşlərin "Molde"yə dəstək vermək üçün Bakıya gəlmədiklərini bildirib.

 

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq matç saat 20:45-də başlayacaq.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV