Modern.az

Futbolçu oyun zamanı öldü

Futbolçu oyun zamanı öldü

İdman

3 Yanvar 2024, 14:34

Portuqaliyanın Maritimo və Anqola gənclər komandasının sabiq futbolçusu 20 yaşlı Pedro Banqa yoldaşlıq görüşü zamanı dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, gənc futbolçu oyun zamanı bir anda yerə yıxılıb, onu dərhal xəstəxanaya aparıblar. Lakin həkimlər onu xilas edə bilməyiblər.

 

Qeyd edək ki, Banqa Anqola milli komandası üçün Afrika Kubokunda və 2019-cu ildə U17 Dünya Çempionatında iştirak etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!