Modern.az

"Fənərbağça" "Olimpiakos"un qonağı olacaq

İdman

11 Aprel 2024, 10:54

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Modern.az xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbaxça” Pirey şəhərində “Olimpiakos”un qonağı olacaq.

İngiltərədə “Aston Villa” klubu “Lill” ilə münasibətləri aydınlaşdıracaq. “Viktoriya” Çexiyada “Fiorentina”nı, PAOK isə Yunanıstanda “Brügge”ni sınağa çəkəcək.

Konfrans Liqası
1/4 final, ilk oyunlar

11 aprel
20:45. “Olimpiakos” (Yunanıstan) – “Fənərbaxça” (Türkiyə)
20:45. “Viktoriya” (Çexiya) – “Fiorentina” (İtaliya)
23:00. “Brügge” (Belçika) - PAOK (Yunanıstan)
23:00. “Aston Villa” (İngiltərə) – “Lill” (Fransa)

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də gerçəkləşəcək.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!