Modern.az

Dünya çempionatında İranı İtaliya əvəzləyə bilər

Dünya çempionatında İranı İtaliya əvəzləyə bilər

İdman

Bu gün, 14:02

ABŞ prezidenti Donald Trampın Qlobal Tərəfdaşlıq üzrə xüsusi elçisi Paolo Zampolli 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı diqqətçəkən təklif irəli sürüb.

Modern.az xəbər verir ki, "Financial Times" nəşrinin məlumatına görə, Zampolli FIFA-ya İran milli komandasının turnirdə iştirak hüququnun İtaliya ilə əvəz olunmasını təklif edib.

“Trampa və FIFA prezidenti Canni İnfantinoya Dünya Kubokunda İranın yerini İtaliyanın tutmasını təklif etdiyimi təsdiqləyirəm”, – deyə o bildirib.

Zampolli qeyd edib ki, özü italyan əsillidir və ABŞ-da keçiriləcək turnirdə İtaliya milli komandasını görməyi arzulayır.

Onun sözlərinə görə, İtaliyanın dörd dünya çempionluğu titulu bu ölkənin turnirə daxil edilməsini əsaslandırır.

Məlumata əsasən, təklif ABŞ, Meksika və Kanada-da keçiriləcək 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyən İtaliyanın əvəzlənməsi ideyası fonunda gündəmə gəlib. Bu, İtaliyanın ardıcıl üçüncü dəfə mundialdan kənarda qalması ilə bağlı ölkədə ciddi narazılıq yaradıb.

İranın turnirdə iştirakı ilə bağlı isə ölkənin İdman Nazirliyi bildirib ki, milli komandanın ABŞ-a buraxılması yalnız oyunçuların təhlükəsizliyinə tam təminat verildiyi halda mümkün ola bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!