Modern.az

Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibləri - FOTOLAR

Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibləri - FOTOLAR

İdman

7 May 2026, 21:00

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində ilk 3 yeri tutan komandalara mükafatlar təqdim edilib.

Modern.az xəbər verir ki, üçüncü olan Ədliyyə kollektivi bürünc medalla mükafatlandırılıb.

Finalda uduzan "Azərişıq" komandasının üzvləri gümüş, bütün görüşləri qələbə ilə başa vuran SOCAR-ın üzvləri isə qızıl medallarla təltif edilib.

Bundan başqa, SOCAR komandasına yarışın ən böyük mükafatı olan kubok təqdim olunub.

Qarşılaşmalar və təltifetmə mərasimi Bakı Tennis Akademiyasında keçirilib.

(AZƏRTAC)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?