Modern.az

"İmişli" "Zirə"yə, "Sabah" "Kəpəz"ə qarşı

"İmişli" "Zirə"yə, "Sabah" "Kəpəz"ə qarşı

İdman

Bu gün, 09:09

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura 2 oyunla start veriləcək.

Modern.az xəbər verir ki, açılış matçı saat 16:30-da “İmişli” və “Zirə” komandaları arasında olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüşü Kamranbəy Rəhimov idarə edəcək.

Turnir cədvəlində Bakı klubu 49 xalla 5-ci, İmişlinin eyniadlı təmsilçisi isə 32 xalla 9-cu pillədə qərarlaşıb.

Günün son matçında “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. Saat 19:30-da “Bank Respublika Arena”da start götürəcək oyunun baş hakimi Elvin Bayramov olacaq.

Çempionluğu vaxtından əvvəl təmin edən “Sabah” 75 xalla turnir cədvəlinə başçılıq edir. 24 xalı olan “Kəpəz” isə 10-cu sırada yer alıb.

Qeyd edək ki, XXXI turun digər qarşılaşmaları mayın 9-10-da təşkil olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV