Futbol üzrə Azərbaycan milli çempionatının 32-ci turundan sonra ölkəmizi 2026/2027-ci illər mövsümü üzrə Avropa kuboklarında təmsil edəcək komandaların adına aydınlıq gəlib.
Beləliklə, 1-4-cü yerləri tutan aşağıdakı klublar Azərbaycanı UEFA-nın Avropa kuboklarında təmsil edəcək:
“Sabah” Çempionlar Liqasında;
“Qarabağ” Avropa Liqasında;
“Turan Tovuz” Konfrans Liqasında;
“Neftçi” Konfrans Liqasında.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasına 1-ci mərhələdən, “Qarabağ” Avropa Liqasına 1-ci mərhələdən başlayacaq.
“Neftçi” Konfrans Liqasına 1-ci mərhələdən, “Turan Tovuz” isə 2-ci mərhələdən başlayacaq.
Avrokubokların püşkatma mərasimləri 16-17 iyun tarixlərində keçiriləcək.
Avrokubok oyunları iyul ayında start götürəcək.