Modern.az

Mourinyo "Real Madrid"lə razılaşıb - ŞOK

Mourinyo "Real Madrid"lə razılaşıb - ŞOK

İdman

Bu gün, 14:44

İspanoyanın "Real Madrid" klubu baş məşqçi postuna Joze Mourinyonu gətirib.

Modern.az xəbər verir ki, bu barədə məşhur italiyalı insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə bunun üçün klub hazırda Mourinyonun çalışdırdığı və qüvvədə olan müqaviləyə malik Portuqaliyanın "Benfika" klubuna 6 milyon avro təzminat ödəyəcək. 

"Real"la Mourinyonun müqaviləsi isə 2028-ci ilin yayına qədər davam etməlidir. 

Hazırda 63 yaşlı portuqaliyalı mütəxəssisin Lissabon klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Joze Mourinyo daha əvvəl də “Real Madrid”ə rəhbərlik edib. O, 2010–2013-cü illərdə Madrid klubunda çalışdığı dövrdə İspaniya çempionluğu, İspaniya Kuboku və Superkubok daxil olmaqla üç titul qazanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir