Modern.az

"Real Madrid" daha bir əfsanə ilə yolunu ayırdı

"Real Madrid" daha bir əfsanə ilə yolunu ayırdı

İdman

18 May 2026, 15:20

İspaniyanın "Real Madrid" futbol klubu uzunillik futbolçusu Dani Karvaxalla yollarını ayırdığını rəsmən açıqlayıb.

Modern.az xəbər verir ki, bununla da Madrid təmsilçisinin ən simvolik oyunçularından birinin klubdakı dövrü başa çatıb.

Karvaxal ümumilikdə 23 mövsüm “Real Madrid” sistemində çıxış edib. O, əsas komandada keçirdiyi 450 oyun ərzində klubun uğurlarında mühüm rol oynayıb.

Təcrübəli müdafiəçi Madrid klubunun heyətində ümumilikdə 27 titul qazanıb. Onun kolleksiyasında La Liqa, UEFA Çempionlar Liqası, İspaniya Kuboku və digər nüfuzlu turnirlərin kubokları yer alır.

Klubun yaydığı açıqlamada Karvaxalın “Real Madrid” tarixinin əfsanələrindən biri olduğu vurğulanıb və ona xidmətlərinə görə təşəkkür edilib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!