Bu gün 2026/27 mövsümü üçün Misli Premyer Liqasına vəsiqə qazanan son komandanın adına aydınlıq gələcək.
Modern.az xəbər verir ki, "pley-off" oyununda "Qəbələ" "Mingəçevir"lə üz-üzə gələcək. "Qəbələ" Misli Premyer Liqasını başa çatan mövsümünü 11-ci, "Mingəçevir" isə 1-ci liqanı 2-ci pillədə tamamlayıb. "Qəbələ" Misli Premyer Liqasında yerini qorumağa, "Mingəçevir" elitaya yüksəlməyə çalışacaq.
Sumqayıtdakı "SOCAR Polymer Arena" təşkil olunacaq görüş saat 18:30-da start götürəcək.
Oyunu FİFA referisi isə Tural Qurbanov idarə edəcək.
Görüş iki telekanalda - "CBC Sport" və "İdman TV"də birbaşa yayımlanacaq.