Modern.az

"Sabah" daha bir futbolçu ilə yollarını ayırdı

"Sabah" daha bir futbolçu ilə yollarını ayırdı

İdman

30 İyun 2026, 17:24

"Sabah" futbolçu İqor Noqeyra ilə yollarını ayırıb.

Modern.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Noqeyra 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışıb. O, komandanın heyətində 62 oyun keçirib, 4 qol vurub. Noqeyra "Sabah"la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi