Futbol üzrə 2026-cı ilin Dünya Çempionatında Mərakeş millisinin Niderland yığmasını vaxtından əvvəl turnirdən kənarlaşdırması avropalıların planlarını alt-üst edib.
Qeyd edək ki, Mərakeş millidi əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyundan sonra penaltilər seriyasında Niderlandı 3:2 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə yüksəlib.
Modern.az xəbər verir ki, Mərakeş millisinin vurduğu bu zərbədən 24 saat keçməmiş Niderland yığmasının baş məşqçisi Ronald Kuman 2023-cü ildən icra etdiyi vəzifəsindən istefa verib.
Kuman Instagram hesabında paylaşdığı açıq məktubunda belə yazıb:
“Dünən gecə (bazar ertəsi) Niderland millisindəki vəzifəmə son verməyi qərara aldım. Karyerama nəzər saldıqda böyük qürur və minnətdarlıq hissi keçirirəm. “Vitess, “Ayaks”, “Benfika”, “PSV Eyndhoven”, “Valensiya”, “AZ Alkmaar”, “Feyenoord”, “Southempton”, “Everton”, “Barselona” klublarında və əlbəttə ki, Niderland millisində iki fərqli dövrdə çalışmaq şərəfinə nail oldum.”
O, daha sonra əlavə edib:
“Niderland millisindəki karyeramın bu şəkildə başa çatması məni kədərləndirir. Hamımız Dünya Çempionatında tarix yazmağı arzulayırdıq, lakin bu baş vermədi”.