Modern.az

İngiltərə dünya çempionatında 1/8 finala yüksəldi

İngiltərə dünya çempionatında 1/8 finala yüksəldi

İdman

Bu gün, 22:15

Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsi çərçivəsində İngiltərə - Konqo Demokratik Respublikası oyunu keçirilib.

Modern.az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində keçirilmiş qarşılaşma ingilislərin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Görüşün 7-ci dəqiqəsində Brayan Sipenqa Afrika təmsilçisini hesabda önə çıxarsa da, Harri Keynin dublu İngiltərə millisinə qalibiyyət gətirib. Hücumçu 75 və 86-cı dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, İngiltərə 1/8 final mərhələsində Meksika yığması ilə qarşılaşacaq.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada