Modern.az

"Qarabağ" bir gündə ikinci məğlubiyyətini alıb

"Qarabağ" bir gündə ikinci məğlubiyyətini alıb

İdman

1 İyul 2026, 23:19

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Ferensvaroş" komandasına uduzub - 0:1.

"Qarabağ" bu gün Ukraynanın "Xarkov" klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 48-ci dəqiqədə klubun yeni transferi Jali Muaddib və 68-ci dəqiqədə penaltidən Kadi Borges vurublar.

Qeyd edək ki, “Qarabağ” Avstriyadakı ilk sınaq oyununda yerli “Tirol” komandasına 4:0 hesabı ilə qalib gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada