Modern.az

"İmişli"nin baş məşqçisi oldu

"İmişli"nin baş məşqçisi oldu

İdman

2 İyul 2026, 21:22

"İmişli" klubunun rəhbərliyi baş məşqçi postuna Fərid Namazovu təyin edib.

Modern.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.

UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.

Fərid Namazov "İmişli"yə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi