Modern.az

Ronaldonun komandası 1/8 finala adladı - DÇ-2026 - VİDEO

Ronaldonun komandası 1/8 finala adladı - DÇ-2026 - VİDEO

İdman

3 İyul 2026, 08:40

Futbol üzrə 2026-cı ilin Dünya Çempionatında 1/16 finalın oyunları davam edir.

Modern.az xəbər verir ki, gecə saatlarında baş tutan maraqlı oyunda Portuqaliya Xorvatiya ilə qarşılaşıb.

Gərgin keçən matçda Portuqaliya 2:1 hesabı ilə qələbə qazanıb.

Qolları Portuqaliyadan Ronaldo və Ramos, Xorvatiyadan isə Perişiç vurub. Əvvəlcə hesabı 53-cü dəqiqədə xorvatiyalılar açıblar. İvan Perişiç fərqlənib. 68-ci dəqiqədə Portuqaliya seçməsinin kapitanı Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək oyunda tarazlığı bərpa edib. Qələbə qoluna isə 90+4-cü dəqiqədə Qonsalu Ramoş imza atıb.

Bu qələbə sayəsində Ronaldonun komandası 1/8 finala adlayıb. Portuqaliya 1/8 finalda İspaniya ilə oynayacaq.
 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı