"Neftçi"nin 3x3 basketbol üzrə qadınlardan ibarət komandası Fransanın Marsel şəhərində keçirilən Dünya Qadın Seriyasında növbəti oyununa çıxıb.
Modern.az xəbər verir ki, komanda bu dəfə Uqanda millisi ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 19:30-da başlayan görüş "Neftçi"nin 18:15 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə yarımfinala yüksələn təmsilçimiz növbəti matçını bu gün saat 21:50-də keçirəcək.
Xatırladaq ki, "Neftçi" turnirin A qrupunda Macarıstan millisini 19:18, Slovakiya yığmasını isə 21:14 hesabı ilə məğlub etmişdi.