Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan millisi bir medal qazanıb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, yığmanın üzvü Əbil Yusubov (73 kq) finala gedən keçirdiyi beş görüşün hamısında qələbə qazanıb.
Final qarşılaşmasında italiyalı Luço Tavolettaya uduzan Azərbaycan cüdoçusu yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, Avropa Kubokunun son yarış günündə Azərbaycan millisinin daha 15 üzvü tatamiyə çıxacaq.