Modern.az

"Qarabağ" Cebrail Makreçkisi transfer edib

"Qarabağ" Cebrail Makreçkisi transfer edib

İdman

Bu gün, 19:39

2026/2027 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" klubu növbəti futbolçu keçidini gerçəkləşdirib.

Klubun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Macarıstanın "Ferentsvaroş" klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis "Qarabağ"a transfer olunub.

Latviyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandada çıxış edəcək. O, 25 nömrəli formanı geyinəcək.

Almaniyada doğulan və Leverkuzenin "Bayer 04" klubunun yetirməsi olan futbolçu peşəkar karyerası ərzində "Bonner", "Borussiya" (Dortmund), "Viktoriya" (Berlin), Bolqarıstanda "Pirin" (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.

Qeyd edək ki, Cebrail Makreçkis yay "transfer pəncərəsi"ndə komandanın 8-ci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi "Qarabağ"a qoşulub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV