Modern.az

Messi niyə ağladığını açıqlayıb

Messi niyə ağladığını açıqlayıb

İdman

Bu gün, 11:33

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının 1/8 finalında Misirlə oyundan sonra niyə göz yaşlarını saxlaya bilmədiyini açıqlayıb.

Modern.az xəbər verir ki, dünya çempionu Argentina həmin görüşdə ilk hissədə 0:2 hesabı ilə geridə olsa da, ikinci hissədə əzmkar dönüş edərək 3:2 hesablı qələbə qazanıb. Messi ilk hissədə penalti zərbəsini qola çevirə bilməsə də, fasilədən sonra bir məhsuldar ötürmə verib və özü də fərqlənib.

"Bu, sevinc və rahatlıq hissi idi. Çünki mübarizəni davam etdirmək istəyirdik. Oyunda baş verənlər və qələbə üçün göstərdiyimiz bütün səylər məni çox təsirləndirdi.

Penaltini qaçırdığıma görə özümə çox əsəbiləşmişdim. 0:2 hesabı ilə geridə olduğun zaman oynamaq heç də asan deyil", – deyə Messi jurnalistlərə bildirib.

1/4 finalda Argentina millisi Kolumbiyanı məğlub edən İsveçrə milli futbol komandası ilə qarşılaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV