Modern.az

"Qarabağ" AvroLiqada ilk oyuna çıxır - Matç saatı

"Qarabağ" AvroLiqada ilk oyuna çıxır - Matç saatı

İdman

Bu gün, 08:05

Bu il Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Qarabağ” klubu ilk oyuna çıxır.

Modern.az xəbər verir ki, bu gün - iyulun 9-da Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

“Qarabağ” İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq.

Matç 9 iyul saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Oyunu CBC Sport telekanalı canlı yayımlayacaq.

Qeyd edək ki, komandaların cavab görüşü iyulun 16-da Reykyavikdə keçiriləcək.

20:00. "Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya)

Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!