İspaniyanın “Barselona” klubu yay transferləri üçün 210 milyon avro məbləğində bank krediti götürüb.
Modern.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, vəsaitin əsas hissəsi Madridin “Atletiko”sunun hücumçusu Xulian Alvaresin, Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının müdafiəçisi Joau Kanselunun və Dortmund “Borussiya”sının vingeri Kərim Adeyeminin transferinə yönəldiləcək.
Məbləğin bir hissəsinin isə futbolçuların əməkhaqlarının ödənilməsi də daxil olmaqla, klubun cari əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcəyi qeyd olunur. Bildirilir ki, kredit klubun gələcək gəlirləri təminat göstərilməklə rəsmiləşdirilib.
Məlumata əsasən, Kərim Adeyeminin transferinin yaxın vaxtlarda yekunlaşdırılması gözlənilir. Xulian Alvaresin keçidi üzrə danışıqların dünya çempionatı başa çatdıqdan sonra intensivləşdirilməsi planlaşdırılır. Joau Kanselunun gəlişinin rəsmiləşdirilməsi üçün isə vergi məsələlərinin həlli tələb olunur.