Modern.az

Avropa Liqası: "Qarabağ" qalib gəldi

Avropa Liqası: "Qarabağ" qalib gəldi

İdman

Bu gün, 22:00

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında keçirilən ilk oyun başa çatıb.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir və 86-cı dəqiqədə Renaldo Sefas vurublar.

Matçı moldovalı baş hakim Roman Jitari idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...