Modern.az

ABŞ İranın dəniz blokadasını yenidən bərpa etdi

ABŞ İranın dəniz blokadasını yenidən bərpa etdi

İdman

15 İyul 2026, 04:42

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ətrafında dəniz blokadasının yenidən bərpa olunduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

Məlumata görə, ABŞ qüvvələri Şərq Sahili vaxtı ilə saat 16:00-dan etibarən İran limanlarına və sahilyanı bölgələrinə istiqamətlənən, eləcə də həmin ərazilərdən çıxan gəmilərə qarşı dəniz blokadasını yenidən tətbiq edib.

CENTCOM-un açıqlamasında bildirilir ki, əməliyyata ABŞ Hərbi Dəniz Qüvvələrinin 20-dən çox gəmisi və yüzlərlə hərbi təyyarəsi cəlb olunub.

Qeyd olunub ki, blokada Yaxın Şərqdə ABŞ hərbi iştirakının gücləndirilməsi fonunda həyata keçirilir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!